13/05/2022
16:28
700
| A A A
Əliyar Ağayev final oyununa təyinat aldı

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Yunanıstan 2-ci Super Liqasının final oyununa təyinat alıb.

Goal.az xəbər verir ki, 35 yaşlı hakim “Levadiakos” və “Veriya” komandaları arasındakı cavab matçını idarə edəcək. Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər.

Qarşılaşma mayın 15-də keçiriləcək. İlk oyunda “Levadiakos” 1:0 hesablı qələbə qazanıb. Qalib komanda Super Liqaya vəsiqə qazanacaq.