11/06/2022
17:23
833
| A A A
Ukraynalı qapıçı millidəki karyerasını başa vurur

Shactor Donetsk klubunda çıxış edən Andrey Pyatov Ukrayna millisindəki karyerasını başa vurur.

Goal.az xəbər verir ki, 38 yaşlı qolkiper bu barədə şəxsi instaqram hesabında paylaşım edib.

Oyunçu Ermənistana qarşı UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyununda sonuncu dəfə yığmanın formasını geyinə bilər.

Qeyd edək ki, Andrey Pyatov 2007-ci ildə millidə debüt edib. Bu gün keçiriləcək Ukrayna - Ermənistan matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. (report)