15/06/2022
11:22
875
| A A A
Salvadorda futbol hakimi oyun vaxtı döyüldüyü üçün ölüb

Salvadorda futbol hakimi Xose Arnoldo Amaya oyun zamanı döyüldükdən sonra dünyasını dəyişib.

Goal.az xəbər verir ki, 63 yaşlı referi Miramontedəki Toluka stadionunda həvəskar komandaların matçını idarə edərkən azarkeşlərin və oyunçuların hücumuna məruz qalıb.

Hadisə Amayanın futbolçulardan birinə ikinci sarı vərəqəni göstərməsindən sonra baş verib. Ədalət təmsilçisi xəstəxanaya yerləşdirilsə də, onun hayatını xilas etmək mümkün olmayıb.

Hakim daxili qanaxmadan vəfat edib. (report)