15/06/2022
13:33
1240
| A A A
Qarabağ-ın hücumçusu Seneqalın ikinci ən yaxşı bombardiri olub

Qarabağ-ın futbolçusu İbrahima Vadji 2021/2022 mövsümündə Seneqalın ən yaxşı bombardirləri sırasına düşüb.

Goal.az xəbər verir ki, 27 yaşlı hücumçu wiwsport.com nəşrinin hazırladığı siyahıda ikinci yeri tutub.

O, ötən mövsüm ərzində qatıldığı bütün turnirlərdə 16 qol vurub. Qollardan 11-i Azərbaycan Premyer Liqasına, 4-ü ölkə kubokuna, 1-i isə Konfrans Liqasına təsadüf edib.

Siyahıya 23 qolla Liverpool-un və Seneqal millisinin yarımmüdafiəçisi Sadio Mane başçılıq edir. Üçüncü yerdə isə Çinin Şanxay Port komandasında 13 dəfə fərqlənmiş Şerif Ndiaye tutur. (report)