16/06/2022
10:57
2051
| A A A
Golden Boy-2022 mükafatına namizədlərin siyahısı məlum olub

2022-ci il Golden Boy mükafatına namizədlərin siyahısı məlum olub.

Goal.az xəbər verir ki, İtaliyanın Tuttosport nəşri Avropanın 21 yaşa qədər ən yaxşı gənc futbolçusu mükafatı uğrunda mübarizə aparan 100 futbolçunun siyahısını dərc edib.

Namizədlər arasında Borussia Dortmund-un yarımmüdafiəçiləri Cud Bellingem və Kari Adeyemi, Real Madrid-in yarımmüdafiəçisi Eduardu Kamavinqa, Barcelona-nın futbolçuları Pedri, Fati və Qavi, Bayern Münich-in yeni futbolçusu Rayan Qravenberç, Kiyev Dinamo-sunun müdafiəçisi İlya Zabarnı və başqaları var. (report)