16/06/2022
21:26
889
| A A A
Kurban Berdıyev Traktor-da

Traktor-n yeni baş məşqçisi bəlli olub.

Goal.az İran mətbuatına istinadən xəbər verir ki, Təbriz təmsilçisi Kurban Berdıyevlə anlaşıb.

İki gün öncə Tehrana gedən rusiyalı mütəxəssis klub rəhbərliyi ilə görüşüb və tərəflər arasında ilkin razılıq əldə olunub. Hazırda müqavilənin detalları müzakirə olunur.

İddiaya görə, yaxşı komanda formalaşdırmaq istəyən 70 yaşlı baş məşqçi istədiyi futbolçuların siyahısını rəhbərliyə təqdim edib.

Kurban Berdıyev Traktor-un sükanı arxasında Ərtoğrul Sağlamı əvəzləyəcək. Türkiyəli mütəxəssis isə Neftçi-nin baş məşqçisi olmağa əsas namizəddən biri hesab olunur. Hazırda o, Azərbaycan klubu ilə danışıq aparır.