Olympiacos-da yeni müqavilə
Olympiacos yarımmüdafiəçisi Matye Valbuena ilə yeni sözləşmə imzalayıb.
Goal.az xəbər verir ki, fransız futbolçunun müqaviləsinin müddəti bu ay sona çatırdı. Tərəflər qarşılıqlı razılıq əsasında müqavilə müddətini daha 1 il artırdılar.
Qeyd edək ki, Valbuena geridə qalan mövsümdə Olympiacos-un heyətində 42 oyuna çıxıb, 3 qol vurub və 8 assist edib.