Qvardiolanın köməkçisi Qətər klubunda çalışacaq
Manchester City-nin baş məşqçisi Xosep Qvardiolanın köməkçisi Xuanme Lillo Qətərdə çalışacaq.
Goal.az xəbər verir ki, ispaniyalı məşqçi Al-Sadd-in baş məşqçisi təyin olunub.
Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Lillo 2020-ci ildən Qvardiolanın köməkçisi idi. (sportal)