Karlos Tevez baş məşqçi təyin olundu
Argentina millisinin sabiq futbolçusu Karlos Tevez məşqçiliyə başlayıb.
Goal.az xəbər verir ki, veteran hücumçu ölkəsinin Rosario Central komandasının sükanı arxasına keçib.
38 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. Keçmiş forvard məşqçilik kruslarını bitirmədiyindən rəsmi protokolda baş məşqçi kimi göstərilməyəcək.