22/06/2022
12:42
2251
| A A A
Sheriff-ə xorvatiyalı baş məşqçi təyin olunub

Stepan Tomas Moldovanın Sheriff futbol komandasına baş məşqçi təyin olunub.

Goal.az xəbər verir ki, klub 46 yaşlı mütəxəssislə müqavilənin müddəti və şərtlərini açıqlamayıb.

Xorvatiyalı Tomas məşqçilik karyerasına 2010-cu ildə başlayıb və daim Türkiyədə çalışıb. O, 2019-cu ildən baş məşqçi funksiyalarını yerinə yetirir. Mütəxəssisin son iş yeri "Göztəpə" olub.

Qeyd edək ki, iyunun 8-də Sheriff ukraynalı baş məşqçi Yuri Vernidubla yollarını ayırıb. Bundan sonra vakant vəzifəyə belaruslu Viktor Qonçarenko və rusiyalı Mixail Qalaktionovun namizəd olduğuna dair xəbərlər yayılıb. Vernidub və Qonçarenko həm də Neftçi-nin baş məşqçi postuna namizəd göstərilib. Lakin sonda "ağ-qaralar" Laurentsiu Regekampf ilə 2 illik müqavilə bağlayıb. (report)