Afrikanın ən yaxşı futbolçusu adına son 3 namizəd açıqlandı
Afrika Futbol Konfederasiyası 2021/22 mövsümünün ən yaxşı oyunçusu adına namizədlərin siyahısını açıqlayıb.
Goal.az xəbər verir ki, bu ada üç futbolçu – yay fasiləsində Liverpool-u Bayern Münich-ə dəyişən seneqallı hücumçu Sadio Mane, mersisaydlıların misirli forvardı Məhəmməd Salah, həmçinin Chelsea-nin qapıçısı Eduar Mendi namizəddir.
Salah və Mane artıq üçüncü ildir seçimlərin son mərhələsinə vəsiqə qazanırlar. Misirli oyunçu mükafatı iki dəfə, seneqallı futbolçu isə bir dəfə qazanıb.
Qalib iyulun 21-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək mərasimdə açıqlanacaq.