22/07/2022
11:20
1434
| A A A
Afrikada mövsümün futbolçusu seçildi

Afrika Futbol Konfederasiyası (CAF) 2021/2022 mövsümünün ən yaxşı oyunçusunu açıqlayıb.

Goal.az xəbər verir ki, bu ada Liverpool-u Bayern Münich-ə dəyişən seneqallı hücumçu Sadio Mane layiq görülüb.

30 yaşlı oyunçu sabiq komanda yoldaşı misirli forvard Məhəmməd Salahı və Chelsea-də çıxış edən qapıçı Eduar Mendini qabaqlayıb.

Qeyd edək ki, Mane ötən mövsüm Liverpool-un heyətində İngiltərə kubokunu və Liqa Kubokunu qazanıb. O, Seneqal yığması ilə Afrika Millətlər Kubokuna da sahib çıxıb.