Barcelona Real Madrid-i məğlub edib - VİDEO
Barcelona və Real Madrid komandaları yoxlama oyununda üz-üzə gəliblər.
Goal.az xəbər verir ki, qarşılaşma ABŞ-ın Las Veqas şəhərindəki Allegiant stadionunda baş tutub.
Görüş Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 27-ci dəqiqədə Rafinya vurub.