26/07/2022
12:19
982
| A A A
Poqba 2 ay yaşıl meydanlardan uzaq qala bilər

Juventus-a azad agent kimi transfer olunan Pol Poqba mövsümə zədəli başlaya bilər.

Goal.az xəbər verir ki, fransız futbolçu dizindən aldığı zədəyə görə əməliyyat olunmalıdır. Əməliyyatdan sonra Poqbanın 2 ay sonra yaşıl meydanlara geri dönməsi gözlənilir.