26/07/2022
17:44
424
| A A A
Zirə-nin qapıçısı Maccabi ilə oyuna görə millinin düşərgəsindən ayrılıb

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Goal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Zirə-nin qapıçısı Səlim Həşimov yığmanın düşərgəsini tərk edib.

Buna qolkiperin İsraildə Maccabi (Tel-Aviv) klubuna qarşı keçiriləcək UEFA Konfrans Liqasının II tərnifat mərhələsinin cavab oyunu üçün Zirə-nin əsas komandasına cəlb edilməsi səbəb olub. Onun yerinə Turan Tovuz-dan Ümid Cəfərov heyətə cəlb edilib.

Qeyd edək ki, iyulun 28-də Təl-Əvivdə oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Qartallar Bakıdakı görüşdə rəqibinə 0:3 hesabı ilə uduzub. (report)