27/07/2022
10:35
867
| A A A
Niderland Superkuboku TikTokdan canlı yayımlanacaq

Ajax və PSV klubları arasında keçiriləcək Niderland Superkuboku matçı zamanı bir ilk gerçəkləşəcək.

Goal.az xəbər verir ki, bu matç ilk dəfə TikTok üzərindən canlı yayımlanacaq.

Qeyd edək ki, son Niderland çempionu Ajax və son Niderland kubokunun sahibi PSV arasındakı bu qarşılaşma 30 iyulda Yohan Kroyff adına arenada baş tutacaq. Bu matçadək PSV Superkuboku 12, Ajax isə 9 dəfə qazanıb. Ötənilki qalib Eyndhoven klubu olub. (report)