31/07/2022
12:48
905
| A A A
Portuqaliya superkubokunun qalibi bilindi

Portuqaliya superkubokunun qalibi müəyyənləşib.

Goal.az xəbər verir ki, həlledici oyunda geridə qalan mövsümü “qızıl dubl”la başa vurmuş Porto kubokun finalçısı Tondela ilə qarşılaşıb.

Porto bu oyunda da güclü olduğunu isbatlayıb. Sözügedən komanda meydan 3:0 hesablı qələbə ilə tərk edib.

Beləliklə, Porto 23-cü dəfə Portuqaliya superkubokunun qalibi olub.