25/08/2022
21:40
6173
| A A A
UEFA ötən mövsümün ən yaxşısını seçdi

Ötən mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.

Goal.az xəbər verir ki, qalibin adı Türkiyənin İstanbul şəhərində keçirilən Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanıb. Bu ada Real Madrid-in hücumçusu Kərim Benzema layiq görülüb.

Ən yaxşı adına Tibo Kurtua (Real Madrid) və Kevin de Brüyne də (Manchester City) namizəd idi.