05/01/2023
13:24
8459
| A A A
Ötən ilin ən yaxşı futbolçusu açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.

Goal.az xəbər verir ki, bu ada Argentina millisinin və Fransa PSG-sinin hücumçusu Lionel Messi layiq görülüb. 36 yaşlı forvard 275 xalla bütün rəqiblərini geridə qoyub.

İkinci yeri Messinin Paris təmsilçisindən komanda yoldaşı olan Kilian Mbappe (35 xal) tutub. İlk "3-lüy"ü 30 xalla İspaniya Real Madrid-indən Kərim Benzema tamamlayıb.

Onun "kral klubu"ndan komanda yoldaşı olan xorvatiyalı Luka Modriç (15 xal) 4-cü, İngiltərənin Manchester City klubunun norveçli hücumçusu Erlinq Holan (5 xal) isə 5-ci olub.

Qeyd edək ki, Lionel Messi ötən il millinin heyətində dünya çempionluğunu qazanıb. (report)