24/01/2023
13:24
926
| A A A
Azərbaycanın FIFA referisi İnter-in oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb.

Goal.az xəbər verir ki, o, Polşada Ukraynanın Ruch (Lvov) və İtaliyanın İnter komandası arasında keçiriləcək Gənclər Liqasının pley-off oyununu idarə edəcək.

Məsiyevə laynsmanlar qismində Rəhman İmani və Vüsal Məmmədov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını polşalı Yatsek Malişek yerinə yetirəcək.

Qeyd edək ki, fevralın 8-də oynanılacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. (report)