24/01/2023
21:49
729
| A A A
Mahir Emreli son məşqi buraxdı

"Dinamo"nun futbolçusu Mahir Emreli bu gün tibbi müayinədən keçib.

Goal.az xəbər verir ki, belində ağrılar olan azərbaycanlı forvard komandanın son məşqində iştirak etməyib. Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb. Emreli sabah özünü yaxşı hiss etsə, komanda ilə məşqdə olacaq.

Mahir bu mövsüm Zaqreb təmsilçisi ilə 11 oyunda 3 qol vurub.