Milan 2023-cü ildə "Top-5" liqalarda ən çox qol buraxan komandadır
Milan 2023-cü ildə Avropanın "Top-5" liqalarında ən çox qol buraxan komandadır.
Goal.az xəbər verir ki, İtaliya təmsilçisi 7 oyunda 18 dəfə topu qapısından çıxarmalı olub.
Hazırkı ölkə çempionu son üç görüşdə isə 12 qol buraxıb.
Qeyd edək ki, Milan son olaraq A Seriyasının XX turunda Sassuolo-ya 2:5 hesabı ilə uduzub. (report)