27/02/2023
11:28
648
| A A A
Renatın Dadaşovun komandası məğlub olub

Millimizin futbolçusu Renat Dadaşovun formasını geyindiyi Grasshopper İsveçrə çempionatında 22-ci tur oyununa çıxıb.

Goal.az xəbər verir ki, komanda səfərdə Lutsern-lə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

Renat sözügedən görüşdə iştirak edib. O, start heyətdə meydana daxil olub və 88-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki,Grasshopper hazırda turnir cədvəlində 24 xalla 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.

GÜNÜN ƏN ÇOX OXUNANLARI