Messi ilin ən yaxşı futbolçusu adına layiq görülüb
FIFA 2022-ci ilin ən yaxşı kişi futbolçusu ilə bağlı səsvermənin nəticəsini açıqlayıb.
Goal.az xəbər verir ki, “The Best” mükafatına Argentina millisinin və PSG klubunun hücumçusu Lionel Messi layiq görülüb.
O, Paris təmsilçisindəki komanda yoldaşı Kilyan Mbappe və Real Madrid-dən Kərim Benzemanı qabaqlayıb.
Messi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub, o, turnirin ən yaxşı oyunçusu seçilib.