28/02/2023
15:50
2331
| A A A
Galatasaray əfsanəsinin formasını hərracda Fenerbahçe rəsmisi alıb

Türkiyənin Galatasaray klubunun əfsanəvi baş məşqçisi Fatih Terimin hərraca çıxarılan formasını əzəli rəqib Fenerbahçe-nın rəsmisi alıb.

Goal.az xəbər verir ki, çox sayda qiymətli əşyaların satışa çıxarıldığı auksionda Terimin 5 nömrəli forması uğrunda yarışda Fenerbahçe klubunun konqres üzvü Merve Mermer qalib gəlib.

Memar bu forma üçün 100 min lirə (9 min manat) ödəyib. Əldə edilən gəlir Kahramanmaraşda baş vermiş zəlzələdən əziyyət çəkən sağlamlıq məhdudiyyəti olan uşaqlara xərclənəcək.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ nəticəsində son məlumata görə, 44 374 nəfər ölüb. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI