Keçmiş fransalı hücumçu, bir dünya çempionatında vurulan qolların sayına görə rekordçu olan Jyust Fonten vəfat edib.
Goal.az xəbər verir ki, Fonten martın 1-i səhər saatlarında 89 yaşında dünyasını dəyişib.
Fonten futbolçu karyerası ərzində Mərakeş Casablanca-sında, həmçinin Fransa Nice-sında və Reims-ində çıxış edib. Onun oyunçu kimi nailiyyətləri Fransa çempionu (1956, 1958, 1960, 1962), Fransa kubokunun qalibi (1954, 1958), Fransa Superkubokunun qalibi (1958, 1960), Fransa çempionatının bombardiri (1958, 1960) adını qazanmaq olub.
Fonten Fransa millisinin heyətində 21 oyuna çıxıb, 30 qol vurub. 1958-ci il dünya çempionatında Fonten 13 qolun müəllifi olub. Bu da bir dünya çempionatında vurulan qol sayına görə mütləq rekorddur. Sabiq futbolçu həmin mundialda Fransa yığması ilə bürünc medala sahib çıxıb.