02/03/2023
12:49
4384
| A A A
Mourinyo cəzalandırılıb

Roma-nın ötən gecə A seriyasının 24-cü turunda Cremonese ilə matçda yersiz davranışlarına görə texniki zonadan qovulan baş məşqçisi Joze Mourinyo cəzalandırılıb.

Goal.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

Mourinyo ötən gecə sözügedən oyunda ehtiyatda olan hakim Marko Serra, daha sonra isə baş hakim Marko Piçinini ilə münaqişə yaşayıb. Portuqaliyalı mütəxəssis ikinci hissənin 1-ci dəqiqəsində meydandan qovulub.

A seriyasının açıqladığı məlumatda Mourinyonun 2 oyunluq cəzalandırıldığı bildirilib: “Mourinyo ikinci hissənin ilk dəqiqələrində hakimin qərlarına güclü və təxribatçı şəkildə etiraz etdiyinə görə 2 oyunluq cəzalandırıldı. Bundan əlavə, o, hakimlər otağına daxil olub və matç başa çatdıqdan sonra dördüncü hakimə təhqiramiz ifadələr və təkliflərlə müraciət edib".

Mourinyo martın 5-də və 12-də keçiriləcək Juventus və Sassuolo ilə matçlarda Roma-nın yanında ola bilməyəcək.

GÜNÜN ƏN ÇOX OXUNANLARI