Zidan İngiltərə klubunu çalışdıra bilər
İspaniyanın Real Madrid klubunun sabiq baş məşqçisi Zinəddin Zidan İngiltərədə işləyə bilər.
Goal.az xəbər verir ki, 51 yaşlı mütəxəssisin Chelsa-nin sükanı arxasında olan Qrem Potteri əvəzləyə biləcəyi iddia olunub.
"Zadəganlar" uğursuz çıxış etdiyi üçün 48 yaşlı ingiltərəli baş məşqçi ilə yollarını ayırmaq niyyətindədir. (report)