03/03/2023
13:26
1363
| A A A
Azərbaycan millisinin futbolçusu klubu ilə yeni müqavilə imzalayacaq

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov formasını geyindiyi Almaniya klubu Ertsgebirge ilə yeni müqavilə imzalayacaq.

Goal.az xəbər verir ki, Bundesliqa III klubunun idman direktoru Mattias Heydrix indidən növbəti mövsümün heyətini formalaşdırmağa başlayıb. Klub rəsmisinin yeni sözləşmə üçün danışıq apardığı oyunçulardan biri də 33 yaşlı yarımmüdafiəçi Nazarovdur. Vitse-kapitan özü də karyerasını Aue təmsilçisində başa vurmaq niyyətindədir.

Qeyd edək ki, 2016-cı ildən Ertsgebirge-də çıxış edən Dmitri Nazarovun klubla müqavilə müddəti mövsümün sonuna qədərdir. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI