04/03/2023
11:00
3512
| A A A
Səudiyyə Ərəbistanı klubu Messiyə 94 milyonluq müqavilə təklif edir

Səudiyyə Ərəbistanının Al-İttihad klubu Fransa PSG-sində çıxış edən ulduz futbolçu Lionel Messiyə böyük məbləğli müqavilə təklif edəcək.

Goal.az xəbər verir ki, artıq 36 yaşlı hücumçunun yaxın ətrafı ilə əlaqə saxlanılıb.

Təcrübəli forvarda hər mövsüm üçün 94 milyon dollarlıq sözləşmə təklif olunur.

Qeyd edək ki, Messinin Paris təmsilçisi ilə müqaviləsi yayda başa çatmalıdır. O, cari mövsümdə 28 oyuna çıxıb, 17 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI