02/01/2017
10:00
22190
| A A A
Ronaldo: "Bəzən oğluma deyirlər ki, onun atasından daha güclü futbolçu var"

"Real Madrid"in ulduz futbolçusu Kriştianu Ronaldo "Marca" nəşrinə açıqlama verib. Goal.az xəbər verir ki, "Qızıl top"un 4 qat sahibi oğlunun gələcəkdə hücumçu olmasını istədiyini deyib.

"Bəzən oğluma deyirlər ki, guya onun atasından daha güclü futbolçu var. Amma oğlum bunu deyənlərin öhdəsindən necə gəlməyi bilir. O, mənim kimi ağıllıdır. Həmişə deyirəm ki, özü kimi və nəzakətli olsun. O, həyatın çətinliklərindən keçməli olacaq. Paxıl insanlar çoxdur. Amma o, xoşbəxt uşaq olacaq. Əlbəttə, oğlumun futbolçu olmağını istərdim. İstədiyi istiqaməti seçə bilər, ona təzyiq göstərməyəcəm. Ola bilsin, onu müəyyən qədər futbol tərəfə döndərim. Futbolda qapıçı yox, hücumçu olmasını istərdim. Məqsədim yüksək səviyyədə oynamağa davam etməkdir. Karyeramın bitməsinə çox qalmayıb. Neçə saat məşq etməyin yox, necə məşq etməyin önəmlidir. Son 7-8 ildə müəyyən oyun səviyyəsini saxlamışam. Çalışmağa davam edəcəm".

Ən çox fanatı olan yerli klub?

QARABAĞ
%
QƏBƏLƏ
%
KƏPƏZ
%
SUMQAYIT
%
ZİRƏ
%
İNTER
%
NEFTÇİ
%
AZAL
%
8619 səs