05/01/2017
17:10
16832
| A A A
"Mənə güldülər ki, sən “Qarabağ”da oynaya-oynaya necə milliyə çağırılacaqsan?"

“Shakhtar”dan ayrıldıqdan sonra Ukraynanın birinci liqasından təkliflər var idi. Amma ora getmək istəmədim. Həmin vaxt dostum Denis Sokolovski məni Azərbaycana çağırdı”.

Goal.az xəbər verir ki, bu sözləri ukraynalı futbolçu Sergey Kravçenko deyib.

 

2005-ci ildə “Qarabağ”ın formasını geyinmiş 33 yaşlı yarımmüdafiəçi ölkəsinin mətbuatına geniş müsahibə verib.

 

Ağdam klubundakı karyerasını da yada salan Kravçenko əvvəlcə Azərbaycana gəlişini xatırlayıb: “Denis məni Azərbaycana çağıranda artıq orda çıxış edirdi. Mənə dedi ki, başqa təklifin yoxdur, gəl, 6 ay oyna, sonrasına baxarsan. Tərəddüd etsəm də, razılaşdım. Buna görə təəssüflənmirəm. Birgə məşq edirdik. Bakıya yaşayırdıq, oyunlarımızı da paytaxtda keçirirdik. Bakı hələ onda super şəhər sayılırdı. İki il öncə “Dnepr”in heyətində Azərbaycana gedəndə isə gördüm ki, Bakı daha heyrətamiz şəhərə çevrilib. “Qarabağ”da, demək olar ki, əvəzlənmədən oynadım, bir neçə qol da vurdum”.

 

Təcrübəli futbolçu söhbət əsnasında maraqlı məqamı açıqlayıb. Məlum olub ki, 2005-ci ildə Kravçenkoya Azərbaycan vətəndaşlığını qəbul edib, millimizdə çıxış etmək təklif olunub: “Qarabağ”ın formasını geyinəndə vətəndaşlığımı dəyişib, Azərbaycan yığmasının şərəfini qorumaq təklif edildi, bu haqda danışıqlar getdi. Ancaq mən bundan imtina etdim. Dedim ki, Ukrayna yığmasında çıxış etmək istəyirəm. Onda mənə güldülər ki, sən “Qarabağ”da oynaya-oynaya necə Ukrayna millisinə çağırılacaqsan? Amma arzum həyata keçdi. Azərbaycanlı dostlarımın dediklərinə görə, Aleksey Mixayliçenko məni Ukrayna yığmasına çağırıb, hollandlarla yoldaşlıq görüşündə şans verəndə “Qarabağ”da bunu fəxrlə qarşılayıblar”.

 

“Qarabağ”dakı qazancını da açıqlayan Kravçenko “Xəzər Lənkəran” və “Bakı”nın təkliflərini qəbul etmədiyini bildirib: “2005-ci ili uğurlu keçirdikdən sonra Azərbaycanda maddi cəhətdən cəlbedici təklif aldım. “Qarabağ”da isə az pul qazanırdım – 600 dollar məvacib alırdım, yarım illik “podyomnı”m isə 5000 dollar idi. Özümü yaxşı göstərdikdən sonra isə həmin ölkədə daha çox pul qazana bilərdim. Məni “Xəzər Lənkəran”a dəvət etmişdilər. Həmin komanda növbəti il ölkə çempionu adını qazandı. Bundan əlavə, “Bakı” klubu da xidmətimdə maraqlı idi. Xoşbəxtlikdən həmin vaxt “Vorskla”nın baş məşqçisi, artıq dünyasını dəyişmiş Viktor Nosov məni komandasına götürdü. Məni əvvəldən də tanıyırdı. Amma dedi ki, Azərbaycandakı karyerandan sonra bərkimisən. Nosov məni bəyəndi və “Xəzər Lənkəran”ın təklif etdiyindən 3 dəfə az məbləğə olsa belə razılaşıb, “Vorskla”da oynadım. Atamın sözünə qulaq asdım. O, həmişə mənə deyirdi ki, pulun dalınca qaçma, futbolunu oyna, pul özü səni tapacaq”.

 

Qeyd edək ki, 2008-2013-cü illərdə Ukrayna yığmasının formasını geyinmiş Kravçenko millidə 10 oyunda 1 qola imza atıb. //Apasport.az

Ən çox fanatı olan yerli klub?

QARABAĞ
%
QƏBƏLƏ
%
KƏPƏZ
%
SUMQAYIT
%
ZİRƏ
%
İNTER
%
NEFTÇİ
%
AZAL
%
1363 səs