11/01/2017
12:26
13633
| A A A
Berti Foqts şokdadır

Milli komandamızın sabiq çalışdırıcısı Berti Foqts dünya çempionatının final mərhələsində 48 komandanın iştirak etməsi ilə bağlı qəbul edilən qərara münasibət bildirib.

Goal.az xəbər verir ki, Foqts bu layihəni fəlakət adlandırıb:

“Mən buna inana bilmirəm, tamamilə dəhşətli qərardır. Belə gedişlə dünya çempionatının sonuna çıxacaqlar. Əgər bunu istəyirlərsə, bu yolla getsinlər. Bu turniri hər kəs sevir, izləyir. Futbol üçün yaxşı layihə deyil. Artıq dünya çempionatı mənim turnirim deyil. Bu qərardan heç nə anlaya bilmirəm”.

Qeyd edək ki, FİFA dünən keçirilən iclasda rəsmi qərar qəbul edilib. Qərara əsasən, DÇ-2026-dan başlayaraq dünya çempionatında 48 komanda iştirak edəcək.

 

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
54498 səs