11/01/2017
18:17
3288
| A A A
"Kimsə futbolu, kimsə də pulu sevir"

Yaya Turenin agenti Smitri Selyuk bir müddət əvvəl Çindən əlverişli təklif aldıqlarını bildirib. Goal.az xəbər verir ki, rusiyalı funksioner Turenin təklifi idman səbəblərinə görə rədd etdiyini açıqlayıb.

"Vitsellə heç razı deyiləm ki, böyük pullardan imtina etməzlər. Ötən il 33 yaşlı Ture 27 yaşlı Vitselə təklif olunan daha artıq puldan imtina etmişdi. Belə görünür ki, bu məsələdə futbolçunun mentaliteti əsasdır. Kimsə futbolu, kimsə də pulu sevir. İndi bir sıra futbolçular maliyyə amilinə görə Çini seçir. Bəlkə də, çoxları üçün bu yol normaldır. Amma bu yol Ture üçün deyil. Artıq bir həftədir ki, Yaya istənilən klubla müqavilə imzalamaq hüququna malikdir. İyunda onun "Manchester City" ilə müqaviləsi başa çatacaq. Çin klubları transferlərə bu qədər pul xərcləsə də, orda Ture səviyyəsində elə futbolçu yoxdur ki, hər oyun 90 dəqiqə meydanda olsun. Çempionlar Liqası, İngiltərə və İspaniya çempionatının qalibi olmaq asan iş deyil. Tureyə baxanda onun daha 5 il yüksək səviyyədə oynayacağına əmin oluram".