11/01/2017
19:27
1635
| A A A
FİFA prezidenti: "AVRO-2016 tarixdə ən maraqlı çempionat oldu"

FİFA prezidenti Canni İnfantino 2026-cı ildən dünya çempionatı iştirakçılarının sayının 48-ə yüksəldilməsindən danışıb. Goal.az xəbər verir ki, qurumun rəhbərli oxşar təcrübənin Avropa çempionatında yaxşı nəticə verdiyini diqqətə çatdırıb.

"Dünya çempionatı iştirakçılarının sayını pula görə artımağımız doğru deyil. Bu, sırf futbolun mənafeyinə hesablanmış qərardır. Sadəcə hər formatın öz maliyyə üstünlükləri var. Bu tarixi qərar dünya çempionatının 21-əsrə qədəm qoyduğunu göstərir. Ötən mundialda Kosta-Rika İtaliya və İngiltərəni qrupda saxlamışdı. Sürprizə qadir olan başqa milli komandalar da var. İnanıram ki, turnirin keyfiyyəti artacaq. Bir sıra ölkələrin təsnifat mərhələsini keçmək imkanı yaranacaq. Onlar futbola böyük sərmayələr qoyacaqlar. Klubların fikrini qiymətləndirirəm. Biz təqvimə, dünya çempionatının tarixinə toxunmuruq, futbolçuların yükünü artırmırıq. Dünya çempionatı ən çox 32 gün davam edəcək. Bir komanda maksimum 7 oyuna çıxacaq. İndiki kimi bu oyunları 12 stadion qəbul edəcək. Bununla yanaşı, daha çox ölkəyə arzularını reallaşdırmaq şansı vermiş olacağıq. AVRO-2016 tarixdə ən maraqlı çempionat oldu. Bütün iştirakçılar öz şanslarına inanıb oyunları tam fərqli tərzdə keçirdi. Uels, İslandiya, Şimali İrlandiya kimi komandaların qrupdan çıxmasına şahid olduq. Bu turnirlərdə müntəzəm oynayan Hollandiya isə təsnifat mərhələsini keçə bilmədi. Deməli, seçmə mərhələ daha dinamik olub. Ümid edirəm ki, dünya çempionatı ilə bağlı planımız da uğurlu alınacaq".

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
54103 səs