20/06/2017
10:53
18720
| A A A
"Real"ın prezidenti Ronaldo haqqında danışıb

"Real Madrid"in prezidenti Florentino Perez komandanın aparıcı üzvlərindən olan Kriştianu Ronaldonun İspaniyadan getmək barədə istəyinə münasibət bildirib. Goal.az xəbər verir ki, Perez Konfederasiyalar Kubokundan sonra məsələni portuqaliyalı ulduzla aydınlaşdıracağını qeyd edib.

"Ronaldo ilə bunu müzakirə etməmişik. Sonuncu dəfə onunla Çempionlar Liqasının final oyunundan sonra görüşmüşəm. Növbəti mövsüm haqqında danışdıq. Baş verənləri qəzetlərdən öyrəndim. İndi hansısa fikrim yoxdur. Bilmirəm, nə oldu. Bunlar çox qəribədir. Konfederasiyalar Kubokundan sonra Ronaldo ilə söhbət edəcəm. Onun klubla müqaviləsi var və "Real"ın futbolçusudur. Buraxılış qiyməti 1 milyard avrodur. Hazırda nə Ronaldo, nə Xames, nə də Morataya görə heç bir təklif almamışıq. Bəzi KİV-lərin iddiasına baxmayaraq vəziyyət belədir".

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
35923 səs