17/07/2017
13:00
1374
| A A A
Mamrot: "Bu problemləri nəzərə alsaq, “Qəbələ” ilə matç çətin keçəcək"

Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin rəqibi "Jagiellonia" Polşa çempionatının 2017/18 mövsümünə qələbə ilə başlayıb. Goal.az xəbər verir ki, səfərdə "Termalica"nın qonağı olan "Jagiellonia" minimal hesablı qələbə qazanıb. Komandanın baş məşqçisi İreniuş Mamrot oyundan sonra bunları deyib:

"Etiraf edim ki, bizim üçün çox çətin oyun alındı. Azərbaycandan döndükdən bərpaya vaxt olmasa da, cəmi 2 gün sonra meydana çıxdıq və qələbə qazandıq. “Demək olar ki, 3 gündən bir meydana çıxırıq. Bu səbəbdən də eyni oyunçularla mübarizə aparmaq mümkün deyil. Təəssüf ki, zədəli futbolçularımız da var. Onların tezliklə sıraya dönməsi işimizi asanlaşdırar. Rafal Qjib və Karol Sviderski artıq fərdi məşqlərə başlayıblar. Ancaq onların bizə qoşulmaları üçün bir qədər gözləməliyik. Bu problemləri nəzərə alsaq, “Qəbələ” ilə matç çətin keçəcək. Çünki “Termalika” ilə oyunun gedişində bəzi oyunçuların yorulduğunu müşahidə etdim”.

Bakıda qollu heç-heçə (1:1) edən “Jagiellonia” ilə “Qəbələ” iyulun 20-də Polşada üz-üzə gələcək.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66290 səs