17/07/2017
13:52
3700
| A A A
"Totti Yaponiyaya getməkdə yoldaşını razı sala bilmədi"

Françesko Totti mayda "Roma"da çıxışını başa vurduqdan sonra ona MLS və Yaponiyadan təkliflər gəlmişdi. 40 yaşlı forvardın transferində "Tokio Verdi" xüsusi canfəşanlıq göstərsə də, istəyinə nail olmadı. Totti doğma klubunda vəzifə alacaq. Goal.az xəbər verir ki, Tokio təmsilçisinin prezidenti Hideyaki Hanyo əfsanəvi futbolçunun qərarında həyat yoldaşının əsas rol oynadığını bildirib.

"Totti həyat yoldaşının razılığını ala bilmədi. Mən İtaliyaya getməyə hazır idim. Amma agentin işindən narazı qaldım. buna baxmayaraq dəyərli təcrübə yaşadıq. Tottinin, həqiqətən, "Tokio Verdi" formasını geyinməsini istərdim. Bu, maraqlı olardı. Lakin artıq hər şey başa çatdı" - Hanyo deyib.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66282 səs