17/07/2017
18:12
4288
| A A A
Mariano: "Braziliyalı futbolçular "Galatasaray"da sevilir"

"Galatasaray"ın yeni transferi Mariano mətbuat konfrnasında sualları cavablandırıb. Goal.az xəbər verir ki, braziliyalı uzun illər müdafiəçi "sarı qırmızılar"ın şərəfini qoruyan Sabri Sarıoğlunun mövqeyində əlindən gələni edəcəyini bildirib.

"Sabri uzun müddət bu klubun şərəfini qoruyub. Futbol belədir. Ondan sonra bu mövqedə mən oynayacam. Digər komandalarda olduğu kimi burda da əlimdən gələni edəcəm. "Galatasaray" Türkiyədə həmişə çempionluq uğrunda mübarizə aparır. Avropada da tanınan klubdur. Bura gəlmzədən öncə Taffarellə danışdım. Klub haqqında məlumat aldım. Müsbət fikirlər söylədi. Braziliyalı futbolçular "Galatasaray"da sevilir. Azarkeşlər əmin olsun, meydandan yorulmadan çalışan bir futbolçu görəcəklər".

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66364 səs