17/07/2017
18:52
7028
| A A A
Kosta: "Mənim üçün etdikləri hər şeyə görə "Bayern Munich"ə minnətdaram"

"Juventus" "Bayern Munich"dən heyətə cəlb etdiyi Duqlas Kostanı ictimaiyyətə təqdim edib. Goal.az xəbər verir ki, braziliyalı futbolçu mətbuat konfransında bunları deyib:

"Juventus"un oyun tərzi məni həmişə heyran edib. Buna görə yaranmış fürsətdən istifadə edib bu kluba gəlməyi qərara aldım. A Seriyası güclü və rəqbətədavamlıdır. Bu, xoşuma gəlir. Baş məşqçi və futbolçular məni isti qarşıladı. Mənim üçün etdikləri hər şeyə görə "Bayern Munich"ə minnətdaram. Əsas məqsədim odur ki, məni "Juventus"a dəvət edənlərə səhvə yol vermədiklərini sübut edim. Dibala ilə birbaşa əlaqə yoxdur. Aleks Sandro ilə danışırıq. Onunla milli komandanın düşərgəsində olmuşuq. "Bavariya"da Arturo Vidal da "Juventus"un fantastik klub olduğunu dedi".

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
54248 səs