21/08/2017
13:14
18424
| A A A
Neymar "Barcelona"dan getmə səbəbini açıqladı

PSG-nin 222 milyon qarşılığında transfer etdiyi Neymar sabiq klubu "Barcelona" haqqında tənqidi fikirlər səsləndirib.

Goal.az xəbər verir ki, braziliyalı ulduz "Toulouse" ilə matçdan (6:2) sonra veridiyi açıqlamada  Kataloniya klubunu rəhbərliyinə görə tərk etdiyini açıqlayıb:

"Barcelona"ya gələndə ilk günlər hər şey gözəl başlamışdı. Ancaq bu komandanın onu haqq etməyən rəhbərliyi var. Onlara görə bu cür komandaya üzülürəm. "Barca"da möhtəşəm dörd il keçirdim. Keçmiş komandam daha yaxşısına layiqdir. Ümid edirəm ki, "Barcelona"da işlər qaydasına düşəcək".

Neymar sözügedən oyunda 2 qol, 2 asisstlə yadda qalıb.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
54103 səs