13/09/2017
10:00
3566
| A A A
Konte: "Bu, yaxşı nəticə oldu"

"Chelsea" Çempionlar Liqasınını qrup mərhələsinin ilk oyununda "Qarabağ"a 6:0 hesabı ilə qalib gəlib.

Goal.az xəbər verir ki,  "zadəganlar"ın baş məşqçisi Antonio Konte oyunsonrası açıqlamasında komandasının əla çıxış etdiyini bildirib: 

"Bu, yaxşı nəticə oldu. Biz Çempionlar Liqasına doğru-düzgün başladıq. 

Oyunun əvvəllərindən futbolçularımda böyük məsuliyyət və köklənmə gördüm. Xeyli müsbət məqamların şahidi oldum. Davide Zappakosta çox yaxşı oynadı. Eden Azar ən yaxşı formasını tapmağa çalışır. Andreas Kristensen kimi oyunçulara şans vermək çox vacibdir. Bu futbolçular bilməlidirlər ki, mən onlara etibar edirəm. Mənim 17-18 böyük oyunçum var. Onların hər biri oynamaq imkanına malikdir".

Kontenin fikrincə, "Chelsea" belə çətin oyunlara böyük diqqət ayırmalıdır. O, oyunçularının əla işindən məmnunluq ifadə edib. 48 yaşlı mütəxəssis Davide Zappakostanın cinahdan birbaşa qapıya ünvanlanmış qolu barədə də danışıb: "Zappakosta mənə dedi ki, məqsədi qapıya zərbə endirmək yox, qapı qarşısına asma etməkdən ibarət olub. Onun debütündən qürur duydum".

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
54103 səs