13/09/2017
13:17
1672
| A A A
Poçettino: "İngiltərədə Avrokuboklara ciddi önəm vermirlər"

"Tottenham"in baş məşqçisi Maurisio Poçettino ingilis klublarının Avrokuboklara ciddi önəm vermədikləri barədə fikirlə razıdır. Goal.az xəbər verir ki, argentinalı mütəxəsis bunları deyib:

"Premyer Liqa İngiltərədə oynayan hər futbolçu üçün əsas turnirdir. İtaliyada Çempionlar Liqasına daha çox önəm verirlər. İngiltərədə isə ölkə çempionu və kubokunun sahibi olmağa can atırlar. Bizdə Avrokuboklara İspaniya və İtaliyada olduğu qədər ciddi yanaşmırlar. Orda yerli çempionata deyil, Çempionlar Liqasına üstünlük verirlər. Turnir cədvəlinin orta sralarında qərarlaşan klublar isə Avropa Liqasında uğur qazanmağa çalışır. Bunu izah etmək çətindir. İngiltərədə olanlar Premyer Liqanın futbolçular üçün nə anlama gəldiyini başa düşə bilər".

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66308 səs