13/09/2017
16:12
1597
| A A A
Alleqri: "Hiquain hərdən həyəcanlanır və başını itirir"

"Juventus"un baş məşqçisi Massimiliano Alleqri "Barcelona" ilə oyunda (0:3) azarkeşlərə qarşı qeyri-etik jest edən Qonzalo Hiquain barədə danışıb. Goal.az xəbər verir ki, italyan mütəxəsis onun emosiyaları saxlaya bilməməsi barədə bunları qeyd edib:

"Qonzalo oyuna yaxşı başladı. Amma biraz rahat olması lazımdır. Çünki hərdən həyəcan keçirməyə başlayır və başını itirir. Barselonaya gəlib "Camp Nou"da üstün oyun göstərəcəyini düşünməməlisən".

Hiquain 87-ci dəqiqədə Fabio Kaliqaru ilə əvəzlənib. O, meydandan çıxarkən katalon azarkeşlərə təhqiramiz jest göstərmişdi.

GÜNÜN ƏN ÇOX OXUNANLARI