13/09/2017
17:22
1317
| A A A
Andre Vilyaş-Boaş rəqib və hakimlikdən şikayətlənib

Asiya Çempionlar Liqasının pley-off mərhələsində Çinin iki klubu - "Shanghai SIPG" və "Guangzhou Evergrande" qarşılaşıb. Goal.az xəbər verir ki, "Shanghai SIPG" klubunun baş məşqçisi Andre Vilyaş-Boaş rəqib komandanı təxribatda ittiham edib. Portuqal mütəxəsis oyundakı hakimlikdən də şikayətlənib.

"İki avtomobil növbə ilə bizim önümüzdə qəza törətdi. Bunda "Guangzhou"nun əli ola bilər. Referi penalti zərbələrini vurmaq üçün rəqib azarkeşlərin yerləşdiyi tribunanı qəsdən seçdi. "Guangzhou"da bizim futbolçulara dirsəklə zərbə endirənlər vardı. Penaltilər seriyasında hakim qapıçımıza sarı vərəqə göstərdi. Bu biabırçılıqdır. İstənilən halda, bizim üçün yaxşı nəticədir. Çünki rəqib Asiyada hegemonluq edir".

Qeyd edək ki, 1/4 finalda qarşılaşan klublar iki oyunun nəticəsinə görə 5:5 hesablı bərabərliyə razılaşıb. Penaltilər seriyasında isə "Guangzhou Evergrande" 5:4 hesablı qələbə qazanıb. Vilyaş-Boaşın komandası əlavə vaxtda 2 qırmızı vərəqə ilə cəzalandırılıb. 

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
54103 səs