09/11/2017
18:00
11688
| A A A
Ramos: "Neymar dekabrda "Real"a gəlmək istəsə..."

"Real Madrid"in kapitanı Serxio Ramos Neymarla növbəti illərdə komandada oynamaq ehtimalına münasibət bildirib. Goal.az xəbər verir ki, təcrübəli müdafiəçi bunları deyib:

"Ən yaxşı futbolçularla birlikdə oynamaqdan xoşum gəlir. Ümid edirəm, Neymar da ən yaxşılardandır. Onun "Real"a PSG-dən gəlməsi daha asandır, nəinki "Barcelona"dan. Neymarı tərəddüdsüz transfer edərdim. O, matçın taleyini həll edə bilən futbolçudur. Dekabrda "Real"a gəlmək istəsə, qapılar üzünə açıqdır".