09/11/2017
20:14
12448
| A A A
"Real Madrid" azarkeşi deyiləm, "Barcelona"ya transferim problem deyil"

PSG-nin yarımmüdafiəçisi Anhel Di Maria "Barcelona"ya transferi məsələsindən danışıb. Goal.az xəbər verir ki, argentinalı havbek bunları deyib:

"Ötən yay "Barcelona"ya transferə həm yaxın, həm də uzaq idim. Ümidimi heç vaxt itirmirdim, amma sonra bu baş tutmadı. Şübhəsiz, həyat yolunun döngələri çoxdur. Gələcəyin nədən ibarət olduğunu heç kim bilmir. Keçmişimin "Real"la bağlı olması problem deyil. Hamı bilir ki, bu klubun azarkeşi deyiləm. Bu barədə mənə sual verəndə eyni cavabı verirəm".

Argentinalı futbolçu 2010-14-cü illərdə "Real Madrid"in şərəfini qoruyub. O, Madrid klubunun prinsipial rəqibi "Barcelona"da forma geyinmək ehtimalından danışarkən yalnız bir klubda heç vaxt oynmayacağını bildirib. Bu, onun doğma şəhəri Rozarionu təmsil edən "Newell's Old Boys"dur. Di Maria şəhərin digər klubu "Rosario Central"ın yetirməsidir.

"Həmişə eyni sözləri demişəm. "Real" azarkeşləri mənə gülə bilər. Amma mən "Rosario Central" azarkeşiyəm və heç vaxt "Newell's Old Boys"da oynamaram. Karyeramı "Central"da başa vurmaq istəyirəm. Eyni zamanda şərəfini qoruduğum kluba görə əlimdən gələni edəcəm.

PSG hazırda yaxşı formadadır. Heyət möhkəmlənib və Çempionlar Liqasında sona qədər mübarizə aparmaq qüdrətimiz var. Bəzən ən yaxşılara malik olmaq Çempionlar Liqasında uğura zəmanət vermir. Mən inkişaf etmək üçün daim üzərimdə çalışıram.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66308 səs