11/11/2017
14:32
9791
| A A A
Neymar göz yaşlarını saxlaya bilmədi
Son günlərin əsas müzakirə edilən adlarından olan Neymar hisslərinə hakim ola bilməyib. 
Goal.az xəbər verir ki, Braziliya millisinin Yaponiya ilə keçirdiyi yoldaşlıq oyunundan sonra təşkil olunan mətbuat konfransında duyğusal anlar yaşanıb.
Dünyanın ən bahalı futbolçusu Parisdə xoşbəxt olmadığı, İspaniyaya qayıtmaq istədiyi, Kavani və Emeri ilə problem yaşadığı ilə bağlı iddialara cavab verib:
"İnsanlar düzgün olmayan hekayələr uydururlar. PSG-də çox xoşbəxtəm. Nə Kavani, nə də Emeri ilə problemim var. Statistik göstəricilərim də yaxşıdır. Ancaq bu tək mənim yox, bütün komandanın əməyidir. Komanda olaraq bir hədəfimiz var. Lütfən, artıq Emeri ilə problemim olduğunu deməyin. Belə söhbətlər məni həddən artıq yorur. Həqiqəti mən sizə söylədim".
Daha sonra sambaçıların çalışdırıcısı Tite söz alıb. O çıxışında Neymar haqqında müsbət fikirlər səsləndirib. Son oyunlarda Neymara qarşı kobud oynanılmasından danışanda futbolçu göz yaşlarını saxlaya bilməyib və konfrans zalını tərk edib.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66308 səs