14/11/2017
10:47
3269
| A A A
“Barcelona”da qaldığına görə peşmandır

Cari mövsümdə “Barcelona”da heç bir oyunda şans qazanmayan Tomas Vermalen Kataloniya klubunda qaldığına görə peşmandır.

Goal.az xəbər verir ki, belçikalı müdafiəçi İspaniya mətbuatına verdiyi açıqlamada yayda “Barca”da qaldığına görə peşman olduğunu deyib:

“Bu yay “Barcelona”da qalmağın yaxşı düşüncə olduğunu düşünmüşdüm, lakin indiki vəziyyətimi gördükdən sonra bunun pis fikir olduğunu anladım və peşman oldum. Klubumda bir dəqiqə belə şans qazanmasam da, Belçika kimi millidə oynadığıma görə çox şadam”.

Xatırladaq ki, Vermalen “Barcelona”ya 2014-cü ildə “Arsenal”dan 19 milyon avro qarşılığında transfer edilib. O, 3 il ərzində Kataloniya klubunun heyətində La Liqada cəmi 11 oyun keçirib.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66308 səs