14/11/2017
14:19
2385
| A A A
Evra: "Allaha and içirəm ki..." - VİDEO

Avropa Liqasının qrup mərhələsində baş tutan "Vitori Guimaraes" - "Marseille" (1:0) matçından əvvəl fransalı azarkeşə ayaqla zərbə endirən Patris Evra klubdan qovuldu. UEFA isə təcrübəli müdafiəçini mövsümün sonuna kimi futboldan kənarlaşdırdı. Buna baxmayaraq 36 yaşlı futbolçu karyerasnı başa vurmaq fikrində deyil. Goal.az xəbər verir ki, Evra İnstagram hesabında fiziki məşqlərindən videogörüntü yerləşdirərək bu sözləri yazıb:

"Bəzən həyat, həqiqətən, çətin olur. Amma həmişə gülümsəyib bu oyunu sevmək lazımdır. Tanrıya and içirəm, futbola daha güclü qayıdacam. Hər zaman pozitiv olun. Tənbəlik etməyin. İndi sizin nə etdiyinizi bilmirəm. Mən maşın dartıram ki, fiziki baxımdan daha yaxşı olum. Mən gəlirəm, uşaqlar. Bu oyunu sevirəm!"

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66306 səs